Play Store

Tarixin bu günündə nələr baş verib? - 7 avqust

7 avqust 1930-cu ildə məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov anadan olub.

1992-ci ilin bu günü Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib.

7 avqust 936-cı ildə Almaniya kralı I Ottonun tacqoyma mərasimi baş tutub.

7 avqust 1789-cu ildə ABŞ Müharibə Nazirliyinin əsası qoyulub.

1960-cı ilin bu günü Kot-d`İvuar müstəqillik əldə edib.

7 avqust 1970-ci ildə ilk dəfə olaraq kompyuterdə şahmat yarışı keçirilib.

1976-cı ilin bu günü 11 aylıq uçuşdan sonra "Vikinq 2' adlı kosmik gəmi Mars planetinin orbitinə çatıb.

7 avqust 1999-cu ildə İkinci Çeçen Müharibəsi başlayıb.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib - Tarixdə bu gün-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR