Play Store

Tarixdə bu gün nələr baş verib - 11 avqust

11 avqust 1973-cü ildə şair Zeynal Xəlil vəfat edib. 

2012-ci ilin bu günü XXX London Yay Olimpiadasında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırıb. Bu, ölkəmizin idman tarixində ilk belə hadisə idi.

11 avqust 1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş verən Otluqbeli döyüşündə Osmanlılar qalib gəlib. 

1492-ci ilin bu günündə VI Aleksandr Roma Papası seçilib.

11 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib.

1919-cu ilin bu günü Veymar Respublikasının konstitusiyası qəbul edilib.

11 avqust 1972-ci ildə sonuncu ABŞ hərbi birləşməsi Cənubi Vyetnamı tərk edib.

11 avqust 1979-cu ildə “2 Tu-134” təyyarəsinin toqquşması nəticəsində 178 nəfər, o cümlədən Paxtakor Daşkənd futbol klubunun üzvləri həlak olub.

Tarixdə bu gün nələr baş verib - 10 avqust-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR