Play Store

Erməni terroru: Xeyli sayda yaralı və... - QANLI TARİX

14 iyul 1914-cü ildə ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Kövsər Məmməd qızı Tarıverdiyeva İrəvanda anadan olub.

1989-cu ilin bu günü Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.

14 iyul 1683-cü ildə Osmanlı ordusu Vyananı mühasirəyə alıb.

1789-cu ilin bu günü Bastiliyanın alınması ilə Böyük Fransa inqilabı başlayıb.

14 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib.

1952-ci ilin bu günü “General Motors” kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib.

14 iyul 1958-ci ildə İraqda dövlət çevrilişi baş verib. Kral II Faysal və baş nazir Nuri Səid paşa öldürülüb.

14 iyul 1995-ci ildə Almaniyanın Fraunhofer Universitetində yeni yaradılan rəqəmsal audio kodlaşdırma formatı MP3 adlandırılıb.

2015-ci ilin bu günü Altılıq ölkələri ilə İran arasında yeni razılaşma sazişinin layihəsi hazırlanıb.

Tarixdə bu gün nələr baş verib - 11 avqust-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR