Peruda zəlzələ: 70 min nəfər ölü... - QANLI TARİX

16 avqust 1905-ci ildə Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb.

1925-ci ilin bu günü müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə Şəkidə anadan olub.

16 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib.

1868-ci ilin bu günü Peruda zəlzələ və ardınca gələn sunami 70 min insanın həyatına son qoyub.

16 avqust 1960-cı ildə Kipr Respublikası İngiltərədən müstəqillik qazanıb.

16 avqust 1977-ci ildə ABŞ müğənnisi Elvis Presli vəfat edib.

2012-ci ilin bu günü CAR polisinin etirazçılara atəş açması nəticəsində 34 nəfər ölüb, 78 nəfər isə yaralanıb. 

Peruda zəlzələ: 514 nəfər ölüb, 1090 nəfər isə… - QANLI TARİX-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR