Kleopatranın sirli maskası - illərdir onun cavanlığını qoruyub - MÜSAHİBƏ

“Cücələrim” mahnısını oxuyan balaca qız var idi e... Həmin mahnını oxumağa gedəndə səs tellərinə ziyan olmasın deyə dondurma almamışdılar ha. O da küsmüşdü, ağlamışdı e...

Həmin o balaca qızla müsahibə etdik...


İndi hamı onu Azərbaycanın tanınmış aktrisası, rəssamı, əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə kimi tanıyır.

Məncə, bu müsahibəni oxuduqdan sonra da Suğra xanımı sevməməyin mümkünsüz olduğunu bir daha anlayacaqsınız.

- Müsahibələrinizin birində "Cücələrim ansanbılı" ilə qatarda gedərkən hamıya dondurma aldılar, sizə yox. Hələ də ürəyinizdə dondurma sevgisi var?

- (Gülür). Əlbəttə, var. Mən dondurmanı doğrudan da sevirəm. Ancaq yaşa dolduqca süd məhsullarından tərkibində zülal var deyə, uzaq durmağa çalışıram. İndi daha çox yağsız kəsmiyə üstünlük verirəm.

- Səhər saat 6:00-da oyanırsınız. Həmin vaxtdan yatana qədər qida rasionunuzu, özünüzə qulluq qaydalarınızı bizimlə bölüşün.

- İndiki vaxtımda ya əvvəlki vatımda?


Bu sualı belə cavan və gözəl qalmağınızın sirrini öyrənmək üçün verdim.

- Gözəllik insana tanrıdan verilmiş paydır. Ancaq yaş ötdükcə bu məsələyə daha çox diqqət ayırmaq lazımdı. Buna görə də yaşlanmış hal üçün danışım. Həmişə demişəm, axşamdan zəfəranın 2-3, ya 5 saplağını atıram armudu stəkana. Üzərinə filtirdən keçmiş su alıram və bir az da isti su töküb ilıq edirəm. Nəlbəki ilə üzərini örtüb axşamdan sabaha qədər saxlayıram. Səhər üzərinə isti su töküb ilıq halda içirəm. Çünki içilən maddə orqanizm temperaturu ilə eyni olduqda rahat qəbul edilir. Bu dəmləməyə ildə bir dəfə fasilə vermək lazımdır. Mən də orucluq ayında fasilə verirəm.

- Niyə zəfəran?

- Zəfəran dəmləməsi bütün orqanizmi təmizləyir. İnsanın ürəyinin sağlam qalmasına kömək edir. Həm də hər səhər bu dəmləmədən 2-3 damcı gözlərimə də damızdırıram. Göz nuru üçün. İran zəfəranı dünyada tanınır. Ancaq onlar özləri Abşeron zəfəranı almağa üstünlük verirlər. Çünki Abşeron zəfəranı daha keyfiyyətlidir. Zəfəranı içdikdən sonra güllərimə su verirəm. Sonra idman edirəm.

- Hansı idman hərəkətləri edirsiz?

- İnternetdə ”OKA jizni” var. Onun hər gün 5 hərəkitini mütləq edirəm. Yaşlandıqca boyunda 5-6-cı fəqərə sütunu deformasiyaya uğrayır. Onun qarşısnı almaq və damarlarda qanın hərəkətini daha yaxşı tənzimləmək üçün bəzi idman hərəkətləri edirəm. Sizə bir şey deyim. İnsanda mütləq oturuşmuş mədəniyyət olmalıdır. Mədəniyyətli insan özü-özünün həm həkimidir, həm məsləhət verənidir. Gözəlliyi qorumaq üçün mütaliə etmək və öyrənmək lazımdır. Bizim dövrümüzdə təkcə kitablardan, jurnallardan məlumat almaq olurdu. İndi isə internetdə hər şey var. Mən həmişə öz üzərimdə təcürəbədən keçirdiyim vasitələri məsləhət edirəm. İdmandan sonra yuyunuram, maskalar edirəm. Qidalanmada kəsmik, xiyar, cəfəri, mövsüm meyvələri, bal, qaymaqdan istifadə edirəm. Sağlam olmaq üçün qida vacibdir. Hər gün özümü çəkirəm, baxıram müəyyən çəki artımı varsa, diqqət edirəm. Ya həmin qidanı vaxtaşırı yeyirəm, ya da miqdarını azaldıram. Dədə-babadan bilirik ki, yaşa dolduqca qoz, kişmiş, yağsız kəsmik yemək lazımdır. Məsələn, 2 yumurta bişirmişəmsə, birinin sarısını yemirəm. İnsan yaşa dolduqca çox tələbkar olmalıdır. Bir gün bunları etməsən, ərinsən, canında tənbəllik yaranacaq.

- Səhər yeməklərində nəyə üstünlük verirsiniz?

- Bu səhər bir az kəsmik, qoz, kişmiş və xurma qarışdırıb yedim. Çayı da hər səhər özüm dəmləyirəm. İçinə bir az darçın, bir az da mixək qatıram.

- Sudan necə istifadə edirsiz?

- Hər gün 2 litr içirəm. Bu gün evdə olmayacam deyə özümlə götürmüşəm. Hər səhər də idmana kimi 4 stəkan içirəm.

- Günorta necə qidalanırsınız?

- Bəzən çatdırmıram. Ancaq tələskənliyə salıb kolbasa, sosiska-çörək yemirəm. Çox ac olaram, meyvə yeyərəm, ya da xurma ilə çay içərəm. Axşam yeməyinisə mütləq evdə bişirirəm. Çünki mənim həyat yoldaşım bişirdiyim yeməkləri sevir. Buna görə də məsuliyyətli yanaşıram. Mətbəxdə ən çox zeytun yağı və təmiz kərə yağından istifadə edirəm. Ancaq diqqət etmək lazımdır. Marqarın qatılmış kərə yağı çox ziyanlıdır.

- Bu cür gözəl qalmanızın sirri bunlardı yoxsa, demədiyiniz nəsə qaldı?

- Hə, bir də aloyedən çox istifadə edirəm. Bunu lap çoxdan oxumuşdum. Kleopatranın dövründə heç kim maska qoymurdu. Amma o, hər gün üzünə aloye şirəsi çəkirdi. Özüm istifadə edirəm deyə, hamıya məsləhət görürəm. Tərkibində aloye olan kremlər də alıram. Evimdə də yetişdirirəm. Yaşı 20 dən yuxarı olan aloyelər daha yaxşıdır. Aloyenin dərməmişdən 3 gün sulamamaq lazımdır. Sonra aloye dərilir yuyulur, silinir, 3 gün soyuducuda saxlanılır və istifadə edilir. Aloyeni təmizlənmiş dəriyə sürtmək yaxşıdır, çünki sonra yuyulmayacaq. Götürdüyüm bir parça aloyeni bitənə kimi üst-üstə üz, boyun, sinə və əllərə çəkirəm. Üzərindən də nəmləndirici krem vururam. 30 yaşından sonra insan özü-özünün həkimi deyilsə, deməli onda çatışmazlıq var. Çünki insan bu yaşda özündə olan əyər-əskiyi bilir. Hərdən görürük ki, bir qadın sürətlə çəki aldı və sürətlə arıqladı. Həmin vaxt əlbəttə ki, dəri genişlənəcək və arıqladıqda sallanacaq. Mənim artıq çəki aldığım yadıma gəlmir. Boyum 1.57 sm-dir, çəkim həmişə 55-56 arası olub. İdmanın bu məsələdə müstəsna rolu var. Ona görə də idman hərəkətləri nəinki bədən üçün, gözlər üçün də edirəm.

- Kosmetoloqa gedirsiz?

- Gec-gec. Dəri təmizlənməsi lazım olanda gedirəm.

- Biz otağa girərkən qırmızı şam və yasəmən çubuğu yandırdınız. Bu meditasiya üçündü, yoqaya meyillilikdi, yoxsa necə?