Texasda qasırğa: 22 ölü, 1 milyard ziyan... - QANLI TARİX

18 avqust 1912-ci ildə Azərbaycanın xalq şairi Mirvarid Dilbazi anadan olub.

1919-cu ilin bu günü Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edilib.

1993-cü ilin bu günü BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.

18 avqust 1201-ci ildə Riqa şəhərinin əsası qoyulub.

18 avqust 1868-ci ildə Fransa astronomu Pyer Jansen Günəş spektrində yeni elementi – heliumu kəşf edib.

1983-cü ilin bu günü Texasda qasırğa nəticəsində 22 nəfər həlak olub, dövlətə 1 milyard dollar ziyan dəyib.

18 avqust 2008-ci ildə Pakistan prezidenti Pərviz Müşərrəf istefa verib.

Aytən Novruzova / Metbuat.az

Türkiyədə zəlzələ: 17 min ölü, 44 min yaralı - QANLI TARİX-Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR