“Məni azərbaycanlı həkimlər bu hala saldı…” - Faytonçu Nazim/ XƏRÇƏNG İDDİASI

Xərçəng xəstəsi olduğu deyilən Faytonçu Nazim səhəti barəsində danışıb.  

Metbuat.az bildirir ki, O, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib. Günü-gündən arıqlayan müğənni bildirib ki, onu bu hala azərbaycanlı həkimlər salıb:

“Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim, İsrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsi əməliyyatı oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram”.

Faytonçu Nazim əlavə edib ki, ona bu ağır günlərində bəzi dost-tanışı arxa durmayıb:

“Xəstəliyimlə bağlı bir çox xəstəxanada yatdım. Bütün xəstəxana xərclərini özüm ödədim. Başqaları mənə maddi yardım etmədi”./Big.az

VİDEO: Bu il Azərbaycanda evdən qaçan gəlin və qızlar - SİYAHI - Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR