İlk uçan aparatlar necə yaranıb?

İnsanlar hər zaman güclü cazibə qüvvəsinə qalib gəlməyə can atıb. Tüstünü və isti havanı müşahidə edən insanlar onların havalanma xüsusiyyətlərindən istifadə etmək fikrinə düşüblər.

Hava şarı sadə uçuş aparatı üçün nümunə ola bilər. Lakin daha böyük şar düzəltmək, onu tüstü ilə doldurmaq, aşağısına isə insanlar üçün səbət bağlamaq olar – ilk uçan aparat bu şəkildə hazırlanıb. 

Lakin tüstü tez bir zamanda soyuyur və şar yerə enirdi. Tüstünü uzun müddət qaynar saxlamaq üçün şarın altına manqal bərkidildi və onun içərisi yanan kömürlə dolduruldu. Bu vasitə uçuş prosesini bir qədər də uzatdı. Sonradan şarları yüngül qazla doldurmağa başladılar. Belə şarlar daha yüksəyə qalxa və daha uzağa uça bilsə də, iri və yöndəmsiz alınırdı. Onun uçuşu tamamilə hava axınından asılı olurdu. 

Sonra insanlar dirijablı icad etdilər. Onun yuxarısı qalın materiya ilə örtülmüş dəmir və ya taxtadan hazırlanmış sərt karkasdan ibarət idi; aşağıda isə hava vintləri ilə təchiz olunmuş mühərriklərə, həmçinin pilot və sərnişinlər üçün quraşdırılmış kabinəyə malik idi. Qaz uçan aparatı səmaya qaldırır, mühərriklər isə irəli aparırdı. Bu üsul istənilən istiqamətə uçmağa imkan verirdi. Yuxarı qalxmaq istədikdə qaz əlavə edə, aşağı enmək istədikdə qazı azalda bilərsən. Mühərrikləri söndürsən, yerin üzərində asılı vəziyyətdə qalacaqsan. 

Lakin dirijabl da insanları qane etmirdi: o, çox iri idi və sürətlə uça bilmirdi... 

İxtiraçılar uçan aparatın sürətini artırmaq barədə uzun müddət düşündülər və səmaya qanadlar vasitəsi ilə qalxmağa qərar verdilər. 

Bu ideya ilk dəfə Leonardo da Vinçi tərəfindən təklif edilib, lakin texniki cəhətdən uzun müddət onu həyata keçirmək mümkün olmayıb. Dahi alim və rəssamın ideyası ilə havaya qalxmaq cəhdləri yalnız 1882-ci ildə uğurla nəticələnib. Rusiyalı dəniz mühəndisi Aleksandr Fyodoroviç Mojayski ilk təyyarəni hazırlayıb və onunla uçuş həyata keçirib. Uçuş cəmi bir neçə saniyə davam edib. 

Orvil və Uilbur Rayt qardaşları bu modeli təkmilləşdirir. Pərləri benzin mühərriki ilə fırlanan təyyarə 12 saniyəyə 50 metr məsafə qət edir. Rayt qardaşları artıq 1909-cu ildə saatda 60 kilometr sürət yığa bilən yeni təyyarə düzəltməyə nail olurlar.

Uçuqlayan dodaqları sağaldan - 3 təbii üsul - OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR