Play Store

Tarixdə bu gün nələr baş verib? - 21 AVQUST

21 avqust 1930-cu ildə görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev anadan olub.

1991-ci ilin bu günü erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı terror hücumları davam edib. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə ağır yaralanıb.

21 avqust 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Tehrana səfəri zamanı İran İslam Respublikasından Naxçıvana elektrik enerjisi verilməsi, kommunikasiyaların çəkilməsi və ərzaq yardımı göstərilməsi barədə sazişlər imzalanıb.

1997-ci ilin bu günü Azərbaycan Respublikası ilə Serbiya və Monteneqro arasında diplomatik münasibətlər qurulub.

21 avqust 1911-ci ildə Mona Liza rəsm əsəri Luvr muzeyindəki ə. işçisi tərəfindən oğurlanıb.

21 avqust 1959-cu ildə Havay adaları ABŞ-ın 50-ci ştatı kimi qəbul edilib.

1968-ci ilin bu günü Varşava Müqaviləsi Təşkilatının qoşunları Praqa baharı"nı yatırmaq üçün Çexoslovakiyaya yeridilib.

21 avqust 1986-cı ildə Kamerunda vulkanik mənşəli Nios gölündən püskürən karbon-dioksid qazı 20 kilometr ətrafda 1800 nəfərin ölümünə səbəb olub.

21 avqust 1991-ci ildə Latviya müstəqilliyinin bərpasını elan edib.

Texasda qasırğa: 22 ölü, 1 milyard ziyan... - QANLI TARİX-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR