“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib
16:22 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib.
“Report”a daxil olan məlumata görə, konfransda müvafiq dövlət qurumlarının, ali təhsil və elmi tədqiqat müəssisələrinin nümayəndələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.
Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, ölkə rəhbərliyinin ötən illərdə yaratdığı siyasi sabitlik, eləcə də iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində iqtisadiyyat dayanıqlılığını möhkəmləndirir. Əsas iqtisadi prioritetlərdən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı” aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
Konfransda “Şəmkir Aqroparkı” ilə bağlı təqdimat nümayiş etdirilib. Sonra konfrans iştirakçıları təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.
“Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.
Beynəlxalq konfrans tədbirdə iştirak edən yerli və xarici şirkətlərin məhsullarının sərgi-nümayişi ilə davam edib. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin ərazisində təşkil olunmuş kənd təsərrüfatı sərgisində beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə (torpaq və suda həll olunan) və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı sahəsində istifadə olunan traktor, maşın, mexanizm və bu kimi digər texnika nümayiş etdirilib. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları qatılıblar.
Sonra Rusiyanın “Evroxim” şirkəti Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq seminar keçirib. Seminarda aqrar sektorun qarşısında məsələlərlə bağlı geniş müzakirələr aparılıb. Bildirilib ki, bitkiçilik məhsullarının istehsalının artırılması məqsədilə adıçəkilən sahənin gübrəyə və bitki mühafizəsi vasitələrinə olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikanın müxtəlif bölgələrində gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkələrinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
Xatırladaq ki, “Şəmkir Aqroparkı”nın təməli Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü ildə qoyulub. Aqroparka 8604 hektar, o cümlədən, Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb.
İri taxılçılıq, bitkiçilık,və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfat daxili su xəttlərinin çəkilməsi təmin edilib.
Ərazidə lazımi infrastrukturun yaradılması üçün ölkə prezidentinin 13 yanvar 2017-ci il tarixli və Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərancamlarına əsasən, dövlət büdcəsindən 3,2 mln. manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15 mln. kubmetr olan 3 ədəd su tutar inşa edilib, sahəsi 2 016 kv.m. olan anbar hazırlanıb. Ərazidə 16 min kVa gücündə elektrik yarımstansiya və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.
Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Sahəsi 260 kv.m. olan 9 otaqdan ibarət 2 mərtəbəli ofis binası tikilib.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə, Aqroparkda mövcud 1 000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 3 min hektara, 2018-ci ildə 4 600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3 000 hektar pivolatı sahəyə taxıl əkilməsi və 15 000 ton məhsul istehsalı, 2018-ci ildə isə 3 000 hektar qarğıdalı əkilməsi və 30 000 ton məhsul götürülməsi nəzərdə tutulur.
İntensiv bağçılığın yaradılması məqsədilə isə 2 400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 000 ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30 000 tonluq taxıl-anbar kompleksinin qurulması, 10 000 tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur.
8 000 hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır. Nəticədə 5 000 daimi, 1 500 mövsümü iş yeri yaradılacaq, əlavə olaraq təsərrüfatdaxili yollar çəkiləcək.
“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın könüllü kənd ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şıtilçılık üçün nəzərdə tutulub.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsrrüfatının ÜDM-də pay nisbətini artıtırmağa və əhalinin yerli və keyfiyyətli məhsullarla təmin etməyə xidmət edəcək.
Fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254 metr, eni 141 metr, hündürlüyü 14,6 metrdir. Onun istehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.
Burada İtaliyanın “Isolcell” şirkətinə məxsusus tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən 1 terminal mövcuddur.
“Şəmkir Aqroparkı”nın Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş labaratoriya vardır. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistik Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir. Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən “determing room” qurğusu (sutkada gücü 1 ton olan) da var.
Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” ASC-nin müafiq strukturları fəaliyyət göstərəcək.
Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 MVt gücündə elektrik stansiyası tikilib, 1 saatda buraxılışı 18 min kubmetr olan 9 km qaz xətti, 48 portluq 22 km fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 km uzunluğunda dəmiryolu xəttinin çəkilməsi də layihələndirilir.
“Şəmkir Aqropark”ın Logistika Mərkəzində tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır. Orta əmək haqqı 600 manatdır. Mərkəzdə sahəsi 2 600 kv.m. olan ofis binası, konfrans zalı, qarderob və yeməkxana işçilərin istifadəsinə verilib.
Mərkəzin ərazisində geniş abadlıq işləri aparılıb, 25 000 kv.m. sənaye sahəsinə yaşıl ot örtüyü, 50 000 kv.m. sahəyə asfalt döşənib.
Mərkəzin ərazisində avtodayanacaq (o cümlədən, 25 TİR tipli yük avtomobillərinin dayana biləcəyi TIR PARK), helikopter meydançası, qazanxana və 45 kVt-lıq yarımstansiya tikilib.















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da 2 illik istiqrazların gəlirliliyi 9 illik maksimuma çatıb

21 Sentyabr 2017 10:57

Fransa prezidenti o hadisələri soyqırım adlandırdı

21 Sentyabr 2017 10:57

BAKI: Məktəbdəki aksiyadan ilk görüntülər gəldi

21 Sentyabr 2017 10:55

Ordumuz aviasiyadan atəş açdı - TƏLİMDƏN GÖRÜNTÜRLƏR

21 Sentyabr 2017 10:54

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub

21 Sentyabr 2017 10:47

Xəzərin hüquqi statusu

21 Sentyabr 2017 10:46

Yol kənarında meyit tapıldı

21 Sentyabr 2017 10:44

Bakıda küçə musiqisi festivalı keçiriləcək

21 Sentyabr 2017 10:43

Vergilər Nazirliyinin departament rəhbəri işdən azad olunub

21 Sentyabr 2017 10:42

UEFA Millətlər Liqasının reqlamentini, qaydaların son versiyası və loqosunu təsdiqləyib

21 Sentyabr 2017 10:42

ƏMDK sədri Salyanda vətəndaş qəbulu keçirəcək

21 Sentyabr 2017 10:42

İraq ordusu Kərkükdə əməliyyata başladı

21 Sentyabr 2017 10:38

BAKI: Küçə musiqisi festivalı keçiriləcək

21 Sentyabr 2017 10:38

Azərbaycan Prezidenti Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz edib

21 Sentyabr 2017 10:37

"Azneft"in baş direktoru: "İşlənmədə olan yataqlar üzrə çıxarılabilən qalıq neft-kondensat ehtiyatları 187 mln. tondur"

21 Sentyabr 2017 10:37

Alimlər süni əzələ yaradıblar

21 Sentyabr 2017 10:35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq edəcəklər

21 Sentyabr 2017 10:35

İqtisadiyyat nazirindən “Bitcoin” açıqlaması

21 Sentyabr 2017 10:34

"Mamaroza" qalmaqalı alovlandı

21 Sentyabr 2017 10:29

Rus ordusu hərəkətə keçdi: 850 terrorçu məhv edildi - VİDEO

21 Sentyabr 2017 10:28

SOCAR-ın işçilərinin sayı açıqlandı

21 Sentyabr 2017 10:24

Toy mərasimində ölüm hadisəsi - BAKIDA

21 Sentyabr 2017 10:19

Oynaq ağrılarını sağaldan təbii qarışıq

21 Sentyabr 2017 10:19

2 avtoqol vuruldu, "Roma" darmadağın etdi - VİDEO

21 Sentyabr 2017 10:17

Daha bir ölkədə güclü zəlzələ baş verdi

21 Sentyabr 2017 10:16

İşçi qrupu Tehrana toplaşır: Xəzərin hüquqi statusu ilə bağlı

21 Sentyabr 2017 10:14

Bakı: Valideynlər aksiya keçirirlər

21 Sentyabr 2017 10:14

“Ərazilər üçün buna hazırlıq gedir” - Erməni şərhçi GİZLİ DETALLARI AÇDI

21 Sentyabr 2017 10:13

Azərbaycan neftinin

21 Sentyabr 2017 10:10

Bakı prospektində 3 avtomobil toqquşdu: ölən var

21 Sentyabr 2017 10:09

Türkə ərə gedən Mətanət İsgəndərlinin qızının toyunda iki gəlinlik dəyişdi - FOTO/VİDEO

21 Sentyabr 2017 10:03

Hüseyn Bağırov Daşkəsəndə vətəndaşlarla görüşəcək

21 Sentyabr 2017 10:02

Azərbaycan idmançıları hərbçilər arasında güləş üzrə dünya çempionatının ilk günündə beş medal qazanıblar

21 Sentyabr 2017 10:02

Mətanət İsgəndərlinin qızının toyundan görüntülər

21 Sentyabr 2017 10:01

"Atletiko" səfərdə qələbə qazandı - VİDEO

21 Sentyabr 2017 09:57

Ərdoğanla Putin görüşəcək

21 Sentyabr 2017 09:57

Ağac gövdəsindən skelet tapdı - FOTO/VİDEO

21 Sentyabr 2017 09:53

İdmançılarımız ilk günündə 5 medal qazandılar

21 Sentyabr 2017 09:53

VALYUTA MƏZƏNNƏLƏRİ

21 Sentyabr 2017 09:48

Polislər Beren Saatla Halit Ergençi gecəyarı bu vəziyyətdə saxladı – FOTO

21 Sentyabr 2017 09:48

Gəncədə yerli sakin işə gedərkən naməlum şəxslər tərəfindən döyülüb

21 Sentyabr 2017 09:47

Düşmən minaatanlardan atəşə açıb

21 Sentyabr 2017 09:44

Xorvatiya "Dinamo"sunun baş məşqçisi evinin qarşısında döyülüb

21 Sentyabr 2017 09:42

Gədəbəydə məktəbə gedən şagirdi maşın vurub, sürücü qaçıb

21 Sentyabr 2017 09:42

Atəşkəs 120 dəfə pozulub

21 Sentyabr 2017 09:39

Azərbaycan neftinin qiyməti 59 dollara yaxınlaşır

21 Sentyabr 2017 09:37

İraq ordusu Kərkükün bölgələrinə yeridilib

21 Sentyabr 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.09.2017)

21 Sentyabr 2017 09:37

Neft sənayesinin “ilklərinə” imza atan ərazidən

21 Sentyabr 2017 09:37

Mövqelərimiz atəşə tutuldu

21 Sentyabr 2017 09:33