ABŞ Şimali Koreyaya hücum edə bilər? - AÇIQLAMA

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, 50 min əsgərin iştirak etdiyi təlimlərdə İngiltərə, Avstraliya, Kanada və Hollandiya da təlimlərə dəstək göstərir. 10 gün davam edəcək təlimlərə 17 min 500 ABŞ əsgəri qatılıb. Pentaqon “Ulchi Freedom Guardian” adlı hərbi təlimlərin komandirlər tərəfindən izlənəcəyini açıqlayıb.

Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Pxenyan, öz növbəsində, təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə hücum hazırlamaqda ittiham edib. 

"ABŞ və müttəfiqləri Şimali Koreyaya müdaxilə edə bilər".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri iki ölkə arasındakı əlaqələrə uyğun olaraq hər iki ildən bir keçirilir. Lakin bu dəfəki təlimlər daha çox ordu kontingentinin cəlb edilməsi ilə həyata keçirilir. ABŞ Şimali Koreya arasındakı münasibətlərin gərginləşməsi bu dəfəki təlimlərə daha çox qoşun növlərinin cəlb edilməsi ilə həyata keçirilir. Bu dəfə hərbi dəniz qüvvələri ilə yanaşı, hərbi hava qüvvələrinin, eləcə də raketdən müdafiə sistemlərinə daxil olan qoşunların da təlimləri keçiriləcək. Təlimlərlə bağlı Şimali Koreya lideri Kim Çen In “Siz öz ölümünüzə dəvətnamə göndərirsiniz” deyə açıqlama verib. Bu isə ABŞ və onun müttəfiqləri- Cənubi Koreya ilə Yaponiyanı hiddətləndirir. Zənninmcə bütün bu səylər gec ya da tez ABŞ və onun müttəfiqlərinin Şimali Koreyaya müdaxiləsi ilə başa çatacaq”.

Türkiyə və İran ordusu böyük hücuma hazırlaşır - Hərbi ittifaq-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR