Bayram Kürdəxanlının ölümündən əvvəl danışdığı Aytən... - Ona nə deyib...?

24 avqustda Metbuat.az-ın qonağı olacaqdı...

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

Bayram Kürdəxanlı sonuncu dəfə ötən gün axşam Metbuat.az saytının müxbiri Aytən Novruzova ilə əlaqə saxlayıb. O bildirib ki, 24 avqust saat 15:00-da Metbuat.az-ın canlı yayımına qatılacaq.

Lakin dünən gecə saatlarında toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR