Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq
13:37 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Sentyabrın 27-də, saat 14:00-da “Məişət Malları” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq ASC-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2929-cu məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin Direktorlar Şurasının və İdarə Heyətinin seçilməsi, yəni rəhbərliyin yenidən formalaşdırılması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Məişət Malları” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 665 774 manatdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR