Bayram Kürdəxanılının YAS MƏRASİMİNDƏN FOTOLAR

Bayram Kürdəxanılının YAS MƏRASİMİNDƏN FOTOLAR
13:38 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən avtomobil qəza nəticəsində meyxanaçı Bayram Kürdəxanılı vəfat edib.

Publika.az meyxanaçının evində nəşinin görüntülərini çəkib.

Məşhur söz ustadının yas mərasiminə onun yaxınları toplaşıb. Dəfn mərasimi saat ikidə baş tutacaq.

Xatırladaq ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Pərviz Hüseynov

Fotolar: Elnur Muxtar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR