Ali məktəbə qəbulda test imtahanı ləğv edilir? - AÇIQLAMA

“Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində deyib.

O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da, yəqin ki, sentyabr ayında ictimaiyyətə təqdim olunacaq”.

DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir: “Gələn il keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələnilki məzunlar daha yaxşı nəticə göstərəcək. Həmçinin, əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik”.

M.Abbaszadə deyib ki, bu ilin qəbul imtahanında 500-dən çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: "Keçən il bu rəqəm 12,6 faiz olub. Yəni, 13 faiz artım qeydə alınıb. Keçən il 11030 nəfər 0-100 arası bal toplasa da, bu il 11999 nəfər belə nəticə göstərib". //AsanRadio

Bakılı qızlar söz verdi: "Qarabağ" qalib gəlsə... - VİDEO / SORĞU - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR