Dənizdə batan əcnəbi xilas edildi

Dənizdə batan əcnəbi xilas edildi
18:33 23 Avqust 2017
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçuda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 16:29-da başa çatıb.​

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR