Soçidə Putinlə Sarkisyan görüş keçirir

Soçidə Putinlə Sarkisyan görüş keçirir
19:37 23 Avqust 2017
210 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə V. Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.
Rusiyanın prezidenti qeyd edib ki, danışıqıar zamanı tərəflər bir sıra ikitərəfli və regional məsəllər müzakirə edəcəklər.
Gözlənilir ki, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişatına baxacaqlar, ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Sarkisyan və Putin Moskvada martın ortalarında görüşüblər. Ermənistan prezidenti danışıqların nəticələri barədə danışarkən bildirib ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların irəliləyişi üçün vacib şərtlərin yaradılmasını müzakirə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR