Tarixdə bu gün - 28 AVQUST

28 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. 

1919-cu ilin bu günü Xalq Cümhuriyyətinin parlamenti ölkənin Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib.

28 avqust 1935-ci ildə görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

28 avqust 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub.

2000-ci ilin bu günü pezident Heydər Əliyev Azərbaycanda yeni yaradılan məhkəmə instansiyasının - Apellyasiya Məhkəməsinin üzvlərinin təyinatı ilə bağlı fərman imzalayıb.

28 avqust 1749-cu ildə alman şairi və yazıçısı Yohann Volfqanq Höte anadan olub.

28 avqust 1833-cü ildə Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib.

1867-ci ilin bu günü İtaliya bəstəkarı Umberto Cordanonun doğum günüdür.

28 avqust 1988-ci ildə Almaniyanın Ramştayn hərbi bazasındakı hava göstərisi zamanı təyyarələrdən biri tamaşaçıların üzərinə düşüb.

1991-ci ilin bu günü Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan edib. 

2007-ci ilin bu günü Türkiyə Respublikasının11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlayıb.

Tarixdə bu gün - 25 AVQUST-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR