Tarixdə bu gün - 30 AVQUST

30 avqust 1940-cı ildə tanınmış jurnalist, yazıçı-publisist Əhməd İsayev Zaqatala rayonunun Suvagil kəndində anadan olub.

1991-ci ilin bu günü Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub.

30 avqust 1992-ci ildə Azərbaycan Respublikası ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub.

30 avqust 1835-ci ildə Melburn şəhərinin əsası qoyulub.

1836-cı ilin bu günü eyni zamanda ABŞ-da Hyuston şəhərinin əsası qoyulub.

30 avqust 1860-cı ildə ilk Britaniya tramvayı fəaliyyətə başlayıb.

30 avqust 1974-cü ildə Belqrad-Dortmund qatarının qəzaya uğraması nəticəsində 153 sərnişin ölüb.

Tarixdə bu gün - 29 AVQUST-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR