Tarixdə bu gün -31 AVQUST

Azərbaycanın Qubadlı rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasından 24 il ötür.

1863-cü ilin bu günü tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev anadan olub.

31 avqust 2001-ci ildə prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində böyük neft hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib.

1897-ci ilin bu günü Tomas Edison "Kinetoskop" adlı ilk kinoproyektora patent alıb.

31 avqust 1907-ci ildə "Antanta"nın yaradılmasını tamamlayan İngiltərə - Çar Rusiyası sazişi imzalanıb.

1957-ci ilin bu günü Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan edib.

31 avqust 1962-ci ildə Trinidad və Tobaqo müstəqilliyini elan edib.

1997-ci ilin bu günü şahzadə Diana Parisdə avtomobil qəzasında həlak olub.

31 avqust 2005-ci ildə Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış sıxlıq nəticəsində 1199 insan həlak olub.

Tarixdə bu gün - 30 AVQUST-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR