Play Store

QANLI TARİX: Ermənilər sərnişin avtobusunu atəşə tutub - 3 ölü, 4 yaralı

7 sentyabr 1914-cü ildə tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Haşım oğlu Cəfərov anadan olub.

1939-cu ilin bu günü şair, tərcüməçi, ssenarist Mənsur Fəxri oğlu Vəkilоv anadan olub.

7 sentyabr 1991-ci ildə erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut (indi Xocavənd rayonun tərkibindədir) rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqını nəticəsində 2 sakini öldürülüb.

Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

7 sentyabr 2006-cı ildə BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub.

1943-cü ilin bu günü İkinci Dünya müharibəsi zamanı İtaliya müttəfiqlərə təslim olub.

7 sentyabr 1953-cü ildə Xruşşov SSRİ rəhbəri olub.

1956-cı ilin bu günü BMT köləliyi və qul ticarətini qadağan edən qətnamə qəbul edib.

7 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələr qurulub.

Aytən Novruzova / Metbuat.az

Bəşər Əsəd kimyəvi silahdan istifadə etdi - 40 ölü, 200 yaralı-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR