Play Store

Azərbaycanlı zəvvarlar geri qayıdır - Bu gün

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Metbuat.az-a verilən məlumata görə, zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. İdarədən onu da qeyd ediblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Düşmən mövqelərimizi 134 dəfə atəşə tutub - Cəbhədən son məlumat - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR