Play Store

BSU-da Bilik gününə həsr olunmuş tədbir - FOTOLAR

Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə Metbuat.az-a BSU-nun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində Ulu öndərin büstü önünə əklil qoyublar. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə təsis etdiyi Azərbaycan dili və Bilik günü bayramı bütün Azərbaycanda təntənə ilə qeyd olunur. Onun sözlərinə görə, yeni tədris ilində Bakı Slavyan Universitetinə abituriyent axını ötən illərə nisbətən xeyli güclənib, 600-də yuxarı bal toplayan tələbələr BSU-nu seçib. Son illərin ən yüksək statistik nəticəsinin bu il əldə edildiyini vurğulayan N.Əliyeva bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə çıxış edəcəklərini qeyd edib.

O, deyib: “Məqsədimiz universitetin elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənlərini universitetimizdə tətbiq etməkdir”.

N.Əliyeva ali təhsil müəssisəsinin qısa müddət ərzində ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verildiyini, burada universitetin müəllim-tələbə, habelə işçi kolleketivi üçün lazımi şərait yaraldığını diqqətə çatdırıb. O, bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğının nəticəsində əldə edildiyini diqqətə çatdırıb.  

Çıxışın ardından rektor və Milli Məclisin vitse-spikeri Bahar Muradova 600-dən yuxarı bal toplayaraq Bakı Slavyan Universitetinə qəbul olmuş tələbələr Nuranə Qasımova və Allahverdi Həsənliyə hədiyyələr təqdim ediblər.

Tədbirdə millət vəkilləri Bahar Muradova, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova, Kamran Bayramov, Elşad Həsənov və Şahin İsmayılov iştirak ediblər. Çıxış edən Milli Məclisin vitse-spikeri, millət vəkili Bahar Muradova tələbə adı qazanmış gəncləri təbrik edərək Azərbaycan dövlətinin təhsil siyasətinin neft kapitalının insan kapitalına çevirmək istiqamətinə yönəldiyini qeyd edib. O, Azərbaycanın hazırki beynəlxalq münasibətlər sistemində hər bir tələbə gəncin xüsusi rol oynadığını bildirib. B.Muradova Bakı Slavyan Universitetini təkcə təhsil sahəsində deyil, Azərbaycanın diplomatik əlaqələrinin inkişafında mühüm rol oynayan ali təhsil müəssisəsi kimi qiymətləndirib. 

Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov yeni tələbə adı qazanan gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb. Ş.İsmayılov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq tələbələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.

Sonra söz pedaqoji fakültənin II kurs tələbəsi Təhminə Yaqubovaya verilib. Tələbə gənc öz təəssüratlarını universitet həyatına yenicə qədəm qoyan həmkarları ilə bölüşüb, BSU-da müəllim və tələbə kontingenti üçün yaradılan sağlam şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.

BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin birinci sinif şagirdləri Elşad Ağazadə və Məleykə Babayeva universitetin rektoru, professor Nurlana Əliyevaya gül dəstələri bağışlayaraq ilk dərs günü münasibətilə tələbələri şeirlə təbrik ediblər.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BSU-nun “Arzu” rəqs ansambılı qavalla rəqs nümayiş etdirib. Sonra “Tələbəlik illləri” mahnısı səsləndirilib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR