İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim sülh və rifah arzulayıram".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR