FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
18:22 22 Sentyabr 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Kriştianu Ronaldu, Lionel Messi və Neymardır.
Portuqaliyalı Ronaldu İspaniya "Real Madrid"ində, argentinalı Messi "Barselona"da çıxış edib. Neymar isə bu yay "Barselona"dan Fransa PSJ-sinə keçib. Mükafatlandırma mərasimi oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda olacaq. Həmin tədbirdə digər nominasiyalar üzrə də qaliblər açıqlanacaq. Ən yaxşı baş məşqçi adına Massimiliano Alleqri ("Yuventus", İtaliya), Antonio Konte ("Çelsi", İngiltərə) və Zinəddin Zidan ("Real Madrid", İspaniya), ən yaxşı qapıçı adına Canluici Buffon ("Yuventus", İtaliya), Keylor Navas ("Real Madrid", Kosta Rika), Manuel Noyer ("Bavariya", Almaniya) iddialıdır.
Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu dördüncü dəfə Kriştianu Ronaldu olub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR