Kataloniya müstəqillik qazanacaq? - İspaniyanı nə gözləyir?

Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumundan sonra indi də Kataloniya eyni addımı atmağa hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, Kataloniya oktyabrın 1-də müstəqillik referendumu keçirməyi planlaşdırır. Bununla bağlı İspaniyada gərginlik davam edir. Bir neçə gün öncə İspaniyanın baş prokuroru Xose Manuel Masanın tapşırığı ilə Kataloniya vilayətindəki 712 bələdiyyə sədrinin ifadələrinin alınmasına başlanılıb. Ancaq bələdiyyə sədrləri prokurorluq binasına daxil olsalar da, sualları cavabsız qoyublar.

Maraqlıdır, əgər referendum baş tutarsa, hansı yeniliklər gözlənilir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, əslində Kataloniya demək olar ki, hər il referendumla bağlı təşəbbüs irəli sürür:


“Kataloniya hər il təşəbbüs göstərsə də, İspaniyanın mərkəzi hökuməti və Konstitusiya Məhkəməsi buna icazə vermir. Amma bu il görünür Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsi Kataloniyanı da ürəkləndirib. Eyni zamanda, Böyük Britaniyanın Breksit qərarı da (Böyük Britaniyanın Avropa İttifaqı ilə əlaqələri kəsmək üçün qanun qəbul etməsi) kataloniyalıları yenidən referendum fikrinə yönəldib. Əslində Breksit Cəbəllütariq boğazı üstündə İspaniya ilə Böyük Britaniya arasında köhnə ədavəti yenidən gündəmə gətirib. Bu məsələdə Avropa İttifaqı həmişə Böyük Britaniyanın tərəfində olub. Artıq Böyük Britaniya Avropa İttifaqından çıxır, ona görə Aİ həmin ədavətdə İspaniyanın tərəfini saxlamalıdı. İspaniyanın ümumi zəifləməsi Böyük Britaniyanın marağındadı. Yəni, Britaniyada müəyyən qüvvələr çalışır, elə vəziyyət yaransın ki, Avropa İttifaqı ilə İspaniya arasında gərginlik olsun. Əgər İspaniya referenduma zor gücü ilə mane olsa, bu zaman Aİ həmin ölkənin mərkəzi hökumətinə irad bildirməlidir.

Düşünürəm ki, hələ Kataloniyada referendum keçirilməsi oranın müstəqil dövlət olması anlamına gəlmir. Çox güman Avropa İttifaqı qərar qəbul edəcək ki, Kataloniyanı müstəqil dövlət kimi tanımasın. Əvvəllər də Avropa İttifaqının belə qərarı olub. Aİ İspaniyanın ərazi bütövlüyünü dəstəkləyəcək qərar qəbul edəcək. Ona görə Kataloniyada keçirilən referendumun siyasi effektindən başqa effekt görmürəm”.

Günay Elşadqızı \ METBUAT.AZ

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilmə vaxtı bilindi - ÖZƏL - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI