Məhərrəm ayında toy etmək olar, yoxsa... - ZİDDİYYƏT VAR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib ki, Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir.

İlahiyyatçı Hacı Fuad Pənahlı isə Metbuat.az-a açıqlamasında bildirib ki, matəm aylarında toy etməyi heç kimə tövsiyyə etmir:

“Bəzi insanlar Məhəmməd Peyğəmbərin (s.ə.s.) Məhərrəm ayında toy edilməsini qadağan edən sözlər demədiyi üçün toy etməyi problemsiz hesab edir. Əslində isə elə deyil. Peyğəmbərin vaxtında Kərbəla faciəsi olmamışdı. Bu hadisə Peyğəmbərin vəfatından sonra olub. Peyğəmbər kəlməsini bilən Məhəmməd Peyğəmbərin (s.ə. s.) İmam Hüseyni necə sevdiyini yaxşı bilir. Özünü o Peyğəmbərin davamçısı kimi bilən biri həmin ayda necə toy edə bilər? Yəni, insan əzizini itirən günü necə gedib şadlıq etsin? Mən onu anlamıram və heç kəsə matəm aylarında toy etməyi tövsiyyə etmirəm”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR