SORĞU: Hansı əraziyə metro stansiyası çəkilməyini istəyirsiniz? - VİDEO

Bu gün Bakının əsas nəqliyyat vasitələrindən biri metrodur.

Metbuat.az-ın məlumatına görə, Şərqdə ilk metropoliten 1967-ci noyabrın 6-da Bakıda açılıb. Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifələrdən olub. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Metbuat.az şəhər sakinləri arasında sorğu keçirərək, hansı əraziyə metrostansiyanın çəkilməyinin daha vacib olduğunu öyrənib. Sualımız isə belədir: “Hansı əraziyə metrostansiyanın çəkilməyini istəyərsiz?”.

Müxbir: Günay Elşadqızı

Operator: Sərvan Şəldiyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR