OXUYUN: Sürücülərə şad xəbər var... - VİDEO

Artıq parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə, binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq.

Bunun üçün onlara fərdi parklanma talonu da veriləcək. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də bununla bağlı dəyişikliklər edilib.

Fərdi parklanma talonuna dair məlumatlar isə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək.

Dəyişikliklərin ən qısa zamanda tətbiq ediləcəyi gözlənilir.

//Xəzər TV

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR