Kərkükün girişində 3 minlik ordu əmr gözləyir - Gözlənilənlər oldu...

İraq ordusunun 3 min nəfərlik heyətini Kərkük sərhədinə yerləşdirdiyi ilə bağlı məlumat yayılıb.

Metbuat.az-ın məlumatına görə, bildirilir ki, İraq ordusu Kərkükdən təxminən 15 kilometr məsafədə mövqe tutub və şəhər ətrafında sıx hərəkətlilik görünür. Şimali İraq Kürd Muxtariyyəti də mərkəzi hökumətin hücuma hazırlaşdığı ilə bağlı kəşfiyyat məlumatları əsasında hərəkətə keçib. Peşmərgə əsgərləri səhər saatlarında təhlükəsizlik məqsədilə Hazır bölgəsində, Duhok və Ərbildə Mosula gedən 2 əsas yolu bağlayıb.

Bağdadın və Mosulun Kərkükdən olan əsas yollarında ağır pulemyotlarla təchiz olunan nəzarət nöqtələri var. Bu nöqtələrin bəzilərinə təkcə Peşmərgə, bəzilərinə isə "Haşdi Şabi" nəzarət edir.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi ötən gün İraqın mərkəzi hökumətinin Kərkükə qarşı əməliyyat hazırlığı ilə bağlı məlumat yayıb. İraq hökumətinin sözçüsü Sadi Hadisi isə Kərkükə hücum iddiasını rədd edib.

Günay Elşadqızı \ METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR