Ümid edirəm ki,viza problemi hərbi əməkdaşlığa təsir göstərməyəcək" - Mettis

“Ümid edirəm ki, ABŞ-la Türkiyə arasında yaranmış viza problemi iki ölkə arasında hərbi əməkdaşlığa təsir göstərməyəcək”.

Metbuat.az-ın məlumatına görə, Birləşmiş Ştatların Müdafiə naziri Ceyms Mettis belə açıqlama ilə çıxış edib. O bildirib ki, Ankara 10 illərdir ki, Vaşinqtonun NATO üzrə tərəfdaşıdır və əvvəllər baş vermiş diplomatik problemlər hərbi sahəyə təsirini göstərməyib.

Pentaqon rəhbəri əlavə edib ki, Türkiyə, sərhədlərində fəal hərbi toqquşmalar olan yeganə NATO ölkəsidir. Belə məqamda iki ölkə arasında fəal əməkdaşlıq və informasiya mübadiləsi zəruridir.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR