Gəncədə meyiti tapılan qadının intihar etməsi ilə bağlı cinayət işi açılıb

Gəncədə meyiti tapılan qadının intihar etməsi ilə bağlı cinayət işi açılıb
21:02 12 Oktyabr 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 12 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində mənzildə meyiti tapılan qadının intihar etdiyi ehtimal olunur.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan cəsədi tapılıb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR