13 gün seksual geyimlər qadağan ediləcək - FOTO

13 gün seksual geyimlər qadağan ediləcək - FOTO
22:03 12 Oktyabr 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

Tailand sakinləri oktyabrın 13-dən 26-dək bir il əvvəl dünyasını dəyişən kral Bhumibol Adulyadeji yad edəcəklər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ölkə hakimiyyəti turistlərdən xalqın hislərinə hörmətlə yanaşmağı xahiş edib.

Məlumata görə, Tailand turizm idarəsinin nümayəndələri turistlər üçün müvəqqəti davranış qaydalarını dərc edib. Qaydalara görə, ölkənin qonaqları parlaq və seksual geyimlərdən imtina etməlidir.

Qeyd edilir ki, turistlər çimərlik geyimlərində çimərliyə baş çəkə və gecə klublarında rəqs edə bilərlər. Gözlənilir ki, görməli yerlərin əksəriyyəti adi rejimdə işləyəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR