ABŞ-ın ardından İsrail də YUNESKO-dan çıxmaq qərarına gəlib

ABŞ-ın ardından İsrail də YUNESKO-dan çıxmaq qərarına gəlib
22:07 12 Oktyabr 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib.
“Report” “Haaretz” qəzetinin saytına istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.
Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı “absurd teatrı” adlandırıb:
"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".
Bundan əvvəl ABŞ 1 yanvar 2019-cu il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR