SORĞU: Bu ayaqqabını hansı rəngdə görürsünüz? - VİDEO

Sosial şəbəkədə yayılan ayaqqabını hərə bir rəngdə görür.

Mövzu ilə bağlı Bakı sakinləri arasında da sorğu keçirdik. Gəlin birlikdə izləyək:

Metbuat.az xəbər verir ki, ayaqqabının hansı rəngdə olması istifadəçilər arasında fikir ayrılığına səbəb olub. İnsanların kimisi onun çəhrayı, kimisi mavi, kimisi açıq yaşıl, kimisi də ağ olduğunu deyib.

Bəs, bu fərqlilik psixoloji məqamdan qaynaqlana bilərmi? Bu suala cavab tapmaq üçün psixoloq Aytən Ələkbərovaya müraciət etdik:

“Bu foto ilə bağlı insanların fərqli düşünməsi həm psixoloji, həm də texnologiyanın inkişafı sayəsində ola bilər. Bu rənglər kimin aqressiv, kiminin passiv olmasından xəbər verir. Rəng seçimi həm də xarakterdən xəbər verir. Ümumi olaraq belə deyilir ki, qadınlar çox vaxt qırmızı çalarda görürlər. Buna açıq mavi və açıq firuzəyi rəngi qatan insanlar isə fərqlidir. İnsanlar arasında rənglərə görə psixo-tempramentdə mavi görənlər daha sakit, səbrli, dözümlü, açıq firuzəyi görənlərin xarakterlərində nisbətən aqressiya var. Digər tərəfdən, insanlar bu rəngləri fərqli görə bilər. Ancaq bəzi insanalar ümumiyyətlə rəng seçə bilmirlər. Yaşıla göy, göyə qara deyirlər. O insanların fərqli baxışı olduğu üçün, fərqli də düşüncələri var. Bu cür insanlar eşitdikləri sözləri də başqa cür başa düşürlər. Rəngləri seçə bilməyən insanlar həyatda da etdiklərini qərarlaşdıra bilməyənlərdir. Bəlkə kimsə mənimlə razılaşmaya bilər. Ancaq inanın ki, həmin adam şüuraltı analiz edilsə, nəticə olaraq sübut olunacaq ki, həyatda nə etdiklərini bilmirlər".

"Maşın" şouda Xatundan gözlənilməz qərar - İlqar getdi... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR