Play Store

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub - FOTOLAR

Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub.

Tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Kitabın müəllifi K.İmamverdiyeva çıxış edərək bildirib ki, bu nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın hazırlanmasında məqsəd bayrağımızın müstəqil dövlətçilik tarixində, habelə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsnalığını sistemli şəkildə oxuculara çatdırmaqdır.

Qeyd olunub ki, kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar yer almaqla yanaşı, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil edilib. Bu nəşrdə qədim dövrlərdən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar öz əksini tapıb və həmin materiallar illüstrativ formada oxucuların diqqətinə çatdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov kitab haqqında fikirlərini bölüşüb. O deyib ki, Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda yer alması nəşrin elmi əhəmiyyətini artırıb. Y.Mahmudov bildirib ki, milli rəmzlərimizin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətləri olub. Bu gün Prezident İlham Əliyev dövlət bayrağımızın təbliği istiqamətində müstəsna işlərin həyata keçməsi üçün xüsusi göstərişlər verir.

Digər çıxış edənlər kitabın elmi əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, belə nəşrlər vətənpərvərlik nümunəsidir.

“Azərbaycan bayrağı” kitabının elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. //Trend

Mesut Özil yeni klubunu açıqladı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR