İlahiyyatçılar Bəhai dini haqda danışdılar - "İŞİD kimi başkəsən deyillər"

Bu gün Bakıda Bəhai dininin banisi Bəhaullahın anadan olmasının 200 illik yubileyi keçirilib.

Tədbirdə Bəhai dini ilə bağlı gələn qonaqlara məlumat verilib. Bildirilib ki, Bəhai dininin tarixi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Bu din ölkəmizdə 170 illik tarixə malikdir. Bəhai dini təlimlərinə görə, insanın məqsədi Allahı, tək yaradanı, həqiqi dostu tanımaq və ona sevgi bəsləməkdir.

İlahiyyatçı Elşad Miri Metbuat.az-a açıqlamasında bildirir ki, bunlar İslamdan kənar, başqa bir din qrupudur.

“Təhlükəli hesab etmədiyimiz Buddistlər vardı. Hansı ki, bu gün Myanmarda terror həyata keçirirlər. Qruplaşmanın içində olduğunuz zaman onun təhlükəli olduğunu bilmək olar. Kənardan yaxşı demək asandır. Amma araşdırmadan onun təhlükəli olub-olmadığını müəyyənləşdirmək olmaz”.

İlahiyyatçı Elşən Soltanzadə isə Metbuat.az-a açıqlamasında bildirir ki, bunlar İslam dini ilə əlaqəli bir qrup deyillər:

“İŞİD kimi başkəsənlər deyillər. Bu dində insan faktoru Allahın üzərinə keçir. İnsanın qeyri-adi xüsusiyyətləri, fantastik qüvvələri Allahın üzərinə keçir. Yəni, Allahdakı xüsusiyyətlər insanda görünür. Bu kimi qruplaşmalar din xadimlərinin insanları Allahdan, Qurandan uzaqlaşdırması nəticəsində yaranıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR