Play Store

Arıqlamaq istəyirsinizsə, bundan yeyin - DİQQƏT!

Ən faydalı qidalardan biri olan qatıq, darçınla birləşdiyi zaman orqanizmə inanılmaz fayda verir.

Metbuat.az xəbər verir ki, qatıq və darçın birlikdə istifadə edildiyi zaman bədənin ehtiyacı olan sink və dəmiri qarşılayır, immuniteti gücləndirir.

Pəhriz menyularının əvəzedilməz qidalarından biri də qatıqdır. Qatığın tərkibindəki “amino” turşuları və kalsium artıq yağların xaricə atılmasını təmin edir. Zərərli bakteriyaları təsirsiz hala gətirərək bağırsaq infeksiyalarının qarşısını alır.

Hər gün istifadə olunan darçın xolestrol və qan şəkərini azaldır, maddələr mübadiləsinin yağı və şəkəri nizamlamasına yardım edir. Qatıqlı darçının bir çox mədə problemlərinə, həzmsizliyə yaxşı olduğu deyilir.

Bir kasaya ala bildiyi qədər qatıq və 2 çay qaşığı darçın atın. Qarışığı qarışdırıb yemək aralarında yeyə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Pomidoru üzünüzə qoyun - Çox faydalıdır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR