Play Store

Uzunluğu 18 metrə çatan qəbir - - Danyal peyğəmbər..

Özbəkistanın Səmərqənd şəhərində yerləşən Hz. Danyal peyğəmbərə aid məzarın uzunluğu 18 metrə çatır.

Metbuat.az-ın məlumatına görə, özbək tarixçiləri iddia edir ki, Teymur Ləngin İraq və İranı fəth etməsindən sonra qəbir Özbəkistana gətirilib. Əfsanələrə görə, Hz. Danyal peyğəmbərin cəsədi hər il böyüdüyü üçün, onun məzarını 18 metr uzunluğunda inşa ediblər. Türbəni təkcə müsalmanlar yox, xristianlar və musəvilər də ziyarət edir.

Rəvayətlərə görə, Hz. Danyal peyğəmbər Allahdan bundan sonra yer üzünə gələcək peyğəmbərlərin sürətlərini ona göstərməsini istəyib və Allah onun duasını qəbul edib. Peyğəmbərlərin simasını görən Hz Danyal, onların görünüşünü kətan parça üzərinə ilmələrlə işləyib. Həmin kətanlar Bizans İmperiyasının saraylarında da görünüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR