Şokoladlı un halvası - Resept

Metbuat.az şokoladlı un halvasının hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

160 qr acı şokolad

250 qr kərə yağı

500 qr un

Yarım stəkan şəkər tozu

3 stəkan süd

Üzəri üçün:

Badam

Hazırlanması:

Şokoladı əridib ocaqdan götürün. Kərə yağını ayrıca qabda əridib un əlavə edin. Rəngi dəyişənə qədər qovurun. Daha sonra şəkər tozu və əritdiyiniz şokaladı əlavə edin. Şəkər tozu əridikdən sonra ilıq südü tökün. Halva hazır olanda ocaqdan götürün. 15 dəqiqə soyutduqdan sonra qaba servis edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Dadından doymayacağınız toyuq - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR