Mövsümün ən dadlı salatı - RESEPT

Bu dəfə mövsümün ən sevilən salatı “şuba”nı hazırlayacağıq.

Metbuat.az-ın məlumatına görə, Slavyan mətbəxinin əvəzolunmaz təamı “şuba” salatını hazırlamaq üçün 3 ədəd kartof, 3 ədəd çuğundur, 2 ədəd yumurta, 4 ədəd yerkökü, mayonez və duzlu balığa ehtiyacınız var.

Keçək salatın hazırlanma prosesinə. Əvvəlcə tərəvəzləri qaynadın və sürtgəcdən keçirin. Salatı servis edəcəyiniz qaba öncə kartofu tökün, duz-istiot və mayonez vurun. 2-ci layda yumurta, duz-istiot, 3-cü laya yerkökü, duz-istiot, mayonez vurun. Daha sonra xırda doğradığınız balıq, çuğundur əlavə edib duz-istiot, mayonez vurun. Salatın üzərini bəzəmək üçün nar dənələri, göyərti istifadə edə bilərsiniz. Salat hazırdır.

Nuş olsun!

Bir çox xəstəliyin dərmanı olan əvəlik şorbası - Resept


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR