Cəmi 2 gün vaxtınız var: 150 manat CƏRİMƏ - DİQQƏT!

Noyabrın 16-dən etibarən avtomobillərin arxa və yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, qaydaları pozan sürücüləri cərimə gözləyir:

“Ölkə ərazisindəki yollar üzrə istismar edilən bütün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri bilməlidir ki, may ayının 1-dən noyabr ayının 15-dək avtomobillərdə şüşələrin görünüşünün məhdudlaşdırılması ilə bağlı örtüklərin istifadə müddəti başa çatır. Bu tələbləri pozan sürücülər noyabr ayının 16-dan etibarən yol polisi əməkdaşları tərəfindən aşkarlanarsa, qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri həyata keçiriləcək. Xatırladaq ki, avtonəqliyyat vasitələrinin şüşələrində görünüşü məhdudlaşdıran qurğuların qeyd olunan tarixdən sonra istismar edilməsi inzibati xəta tərkibi yaradır və həmin sürücüləri 150 manat məbləğində cərimə gözləyir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Xəyalə Məmməova / METBUAT.AZ

Azərbaycanda benzin və dizelin qiyməti... - Gediş haqqı bahalaşacaq? – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR