İsrail əl-ayağa düşdü - Fələstindən təhlükə var

İsrail ordusu ölkə miqyasında müdafiə tədbirlərini gücləndirib.

Metbuat.az-ın məlumatına görə, xüsusiylə ölkənin mərkəzi bölgələrində "Dəmir Qübbə" adlandırılan müdafiə sistemlərinin sayı artırılıb. İddialara görə, buna səbəb Fələstindəki "İslami-Cihad" qruplaşmasının İsrailə hücum edəcəyi barədə kəşfiyyat məlumatlarının olmasıdır.

Bildirilir ki, qruplaşma İsrail ordusunun Qəzza bölgəsinə təşkil etdiyi hava əməliyyatlarına cavab olaraq, bu ölkəyə zərbə endirmək niyyətindədir.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR