Ərdoğan Qətərə səfərə gedib

Ərdoğan Qətərə səfərə gedib
23:05 14 Noyabr 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin dövlət başçısını Doha Beynəlxalq hava limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş Qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, Xarici işlər, İqtisadiyyat, Energetika və Təbii Sərvətlər, Gənclər və İdman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR