Berat Albayrak Bakıya səfər edəcək

Berat Albayrak Bakıya səfər edəcək
23:05 14 Noyabr 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

"2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir", - deyə o vurğulayıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR