Dünya çempionunu öldürən azərbaycanlının işinə - NAZİRLİKDƏN REAKSİYA

Dünya çempionunu öldürən azərbaycanlının işinə - NAZİRLİKDƏN REAKSİYA
23:12 14 Noyabr 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının (DAA) müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prokurorluğu qarşısında məsələ qaldıraraq, Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılması və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə DAA Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd edilib. Rusiya Baş Prokurorluğuna bu məsələni icraatlarında saxlamaları və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu qeyd olunub.

Xatırladaq ki, 20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə rusiyalı dünya çempionu Andrey Dryaçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiq edib, nəticədə Andrey Dryaçov aldığı zərbədən ölüb. Lakin sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub və nəticədə, hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib. Müraciətdə, baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meylləri hiss olunduğu bildirilib, məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması Rusiya rəsmi qurumlarının diqqətinə çatdırılıb, baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil, məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub. Bu prosesin həssaslığını nəzərə alaraq DAA-nın bundan sonra da məhkəmə prosesini təşkilat olaraq nəzarətdə saxlayacağı, bir sözlə, prosesi təqib edəcəyi bildirilib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR