80 milyon il yaşayan fosil tapıldı - FOTO

80 milyon il yaşayan fosil tapıldı - FOTO
03:32 15 Noyabr 2017
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milyonlarla ildir heç bir dəyişikliyə uğramadığı üçün elm adamlarının "yaşayan fosil" adlandırdığı köpək balıqlarından biri Portuqaliyada təsadüfən tora düşüb.

Milli.Az xəbər verir ki, son dərəcə nadir tapılan bu növ köpək balığına Avropa İttifaqının nəzdində araşdırma edən bir qrup alim rast gəlib.

Onlar dəniz səviyyəsindən 700 metr dərinlikdə yaşayan balığın 1,5 metr uzunluqda olduğunu bildirib.

Çox nadir halda görülən bu köpək balıqları 80 milyon ildir ki, təkamülə uğramayıb və dinozavrların yaşadığı dövrdən bu yana eyni bədən quruluşuna malik olub. Bu balıqlar dünyada ən uzun müddət hamilə qalan canlı növüdür. Onların dişisi 42 ay hamilə qalır. Bu köpək balıqlarının digər bir xüsusiyyəti isə 300 dişə sahib olmasıdır. (publika.az)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR