Play Store

Əvəlik dolmasının hazırlanması - RESEPT

Azərbaycan mətbəxinə aid ləzzətli yeməklərdən biri də əvəlik dolmasıdır.

Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

180 q qoyun əti,

30 q düyü,

20 q baş soğan,

15 q göyərti (keşniş, şüyüd və nanə),

40 q əvəlik,

20 q qatıq,

10 q əridilmiş yağ,

Duz, istiot.

Hazırlanması:

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gələnə qədər suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 qram qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir.

Süfrəyə qatıq və limonla servis edə bilərsiniz.

Dietik makaron yeməyi - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR