Bakıda dönərin üzərində gəzişən siçanlar... - RƏZALƏT! / VİDEO

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində gəzişirlər.

Metbuat.az xəbər verir ki, bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.

Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.

Həmin görüntüləri təqdim edirik:

"Çelsi" Bakı Olimpiya Stadionundan imtina etdi - Səbəbi isə... - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR