Ermənistan ofşor ölkələrin qara siyahısına daxil edilə bilər

Ermənistan ofşor ölkələrin qara siyahısına daxil edilə bilər
03:43 24 Noyabr 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.

Bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Ümumilikdə Aİ-nən işçi qrupu, onda olan sənədlərə əsasən, 90 yurisdiksiyanın vergi normalarına uyğunluğunu yoxlayır. Onlardan Ermənistan, Panama, Serbiya və Tunis daxil olmaqla 36 ölkə siyahıya daxil edilə bilər.

Daha öncə, iqtisadiyyat və maliyyə məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi İtaliya KİV-lərinə müsahibəsində Aİ-nın "maliyyə vasitəçiləri"nin nəzarət və tənzimlənməsi sistemi üzərində işlədiyini və ofşor ölkələrin siyahısının 2017-ci ilin sonuna qədər təqdim edəcəyini bildirib (Trend.az).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR